25 iyul 2012 11:26
Mitreski: Zestafoniyə qol vurmağımız zaman məsələsi idi
“Neftçi”nin müdafiəçisi İqor Mitreski UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Zestafoni”yə qarşı keçirdikləri cavab matçından (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Cavab oyunu haqda nə deyə bilərsiz?
- Komandamız çox çətin bir oyun keçirdi. Etiraf edim ki, Bakıdakından da çətin oyun oldu. Amma hesab edirəm ki, biz bu heç-heçəyə və növbəti mərhələyə layiq idik.

- Ardıcıl buraxdığınız iki qol sizi daha da diqqətli olmağa məcbur etmədi ki?
- Biz heç diqqətimizi toplamamış onlar bizə iki qol vurdular (gülür). Amma ciddi olsaq, oyunun əvvəlində heç də hər şey istədiyimiz kimi getmədi. “Zestafoni” tempi qaldırdı və öz oyununu diqtə etdi.
- Həmin an nə düşündünüz?
- Mən qol vuracağımıza əmin idim. Bu üzdən də əminliklə deyə bilərəm ki, həmin iki qol bizi sındırmadı. Biz hələ Bakıda kimin güclü olduğuna aydınlıq gətirmişdik. Bizim qol vurmağımız zaman məsələsi idi ki, bunu da matçın gedişi göstərdi.

- Yəqin ki, artıq növbəti rəqibinizi – “Hapoel”i düşünürsüz?
- Əlbəttə. Kiryat Şmona təmsilçisi “Zestafoni”dən daha güclüdü. Amma bizim üçün fərqi yoxdu. Bu mövsüm biz avrokuboklarda ciddi uğura köklənmişik.

- ÇL və Avropa Liqasından birinin qrup mərhələsini nəzərdə tutursuz?
- Niyə də yox? “Neftçi” yaxşı komandadı və bu uğurların davamının gəlməsini haqq edir. Ciddi hazırlaşacağıq. Özü də israillilərlə ilk oyun səfərdə olacaq.