25 iyul 2012 11:37
Hapoel - Neftçi matçının başlama saatı açıqlandı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu “Neftçi”nin İsrailin “Hapoel” (İroni Kiryat Şmona) klubu ilə ilk görüşünün keçiriləcəyi vaxt müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma avqustun 1-də keçiriləcək.
Qeyd edək ki, bu komandaların birinci oyunu İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq.
Təkrar qarşılaşma isə avqustun 7-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Böyük ehtimalla həmin görüş saat 21:00-da start götürəcək. Amma hələlik bu barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, "Hapoel" ikinci təsnifat mərhələsində Slovakiyanın "Jilina" komandasını mübarizədən kənarlaşdırıb (səfərdə 0:1, evdə 2:0). “Neftçi” isə Gürcüstan “Zestafoni”sini üstələyib (evdə 3:0, səfərdə 2:2).
