25 iyul 2012 23:44

Yunis Hüseynov: Ümid edirəm ki, bu dəfə də bizim bəxtimiz gətirəcək

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutacaq qarşılaşma ərəfəsində keçirilən mətbuat konfransında öncə bunları dilə gətirib:
 
“Öncə jurnalistlərin qarşısında üzr istəyirik ki, konfransa 10 dəqiqə gecikdik. Bu, bizdən asılı olmayan səbəblərdən belə alındı. Sabah keçiriləcək oyuna gəlincə, bizi çətin bir qarşılaşma gözləyir. “Lech” yüksək səviyyəli komanda olsa da, biz mərhələ keçmək istəyirik. Biz səfərdə daha yaxşı oynadığımızı deyə bilmərik. Amma Poznanda ən yaxşı oyunumuzu göstərməyə borcluyuq. Mərhələ adlamaq üçün başqa çıxış yolumuz yoxdu. Bilirik ki, “Lech”in yaxşı fanatları var. Elə bizim azarkeşlər də “Xəzər Lənkəran”ı yaxşı dəstəkləyirlər. Odu ki, belə atmosferə alışığıq. Burda bizi nə qədər azarkeşimizin dəstəkləyəcəyini bilmirəm. Bizimlə gələn fanatlarımızın sayı isə 50 nəfərdi”.
 
Yunis Hüseynov komandasının penaltilərə hazırlaşmadıqlarını dilə gətirib: “Biz penaltilər üzərində işləməmişik”.
 
Rəqibin heyəti barədə danışarkən “ağ-yaşıllar”ın çalışdırıcı kimisə ayrıca vurğulamaq istəməyib: “Lech” baxımlı, komanda futbolu sərgiləyir. Biz artıq özümüz üçün müəyyən nəticələr çıxarmışıq. Çalışacağıq ki, polşalıların güclü tərəflərinin qarşısını alaq və zəif cəhətlərindən yararlanaq. Əminik ki, rəqib meydana hücumameylli heyətlə çıxacaq və erkən qol vurmağa çalışacaq. İnanmıram ki, “Lech” hesabı qorumağa çalışacaq. Baxmayaraq ki, 1:1 hesablı heç-heçə məhz onları qane edir”,
 
Öz komandasının heyətində mümkün dəyişikliklərə gəlincə, Hüseynov bunları söyləyib: “Taktiki planlarımızda dəyişikliklər olacaq. Heyətə gəlincə, bu barədə indi sizə bir söz deyə bilmərəm. Mən heyəti həmişə oyuna 3-4 saat qalmış müəyyənləşdirirəm”.
 
Poznanda hava şəraitinin isti olmasına gəlincə, “Xəzər Lənkəran”ın baş məşqçisi bunu özləri üçün müsbət hal saydığını vurğulayıb: “Bu, bizim üçün yaxşıdı. Lənkərandakı oyun vaxtı “Lech”in bəxti gətirdi. Ümid edirəm ki, bu dəfə də bizim bəxtimiz gətirəcək (gülür). Biz artıq Polşanın yerli havasına, şəraitinə az-çox uyğunlaşmışıq. Bildiyiniz kimi, Azərbaycan klubları “Lech”lə dördüncü dəfə üz-üzə gəlirlər. Allah eləsin ki, biz bu komanda ilə oyunlardakı uğursuz seriyaya son qoya bilək. Ümidvaram ki, oyundan sonra bizi qələbə münasibətilə təbrik edəcəksiz”.
 
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.