25 iyul 2012 12:17
Hapoel Neftçi ilə oyunlar öncəsi 2 oyunçu alır
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan İsrailin “Hapoel” (İroni Kiryat Şmona) klubu komandamızla oyunlar ərəfəsində heyətini gücləndirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, israillilər “ağ-qaralar”la oyunlara qədər daha iki futbolçu almağı planlaşdırırlar.
Bu barədə məlumatı klubun prezidenti İzzi Şeratski verib. Lakin o, hələlik ad açıqlamayıb. “Hapoel”in rəhbəri yalnız bu transferləri mümkün qədər tez həyata keçirmək istədiklərini bəyan edib.
Qeyd edək ki, “Neftçi” ilə “Hapoel” arasındakı ilk qarşılaşma avqustun 1-də, Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Cavab görüşü isə avqustun 7-də Bakıda, “Dalğa Arena”da keçiriləcək.
