25 iyul 2012 00:19
Sadıq Sadıqov: Mənim hətta şəkərim də qalxdı
“Neftçi”nin prezidenti Sadıq Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Zestafoni”yə qarşı keçirdikləri cavab matçından (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Cavab matçı barədə nə deyə bilərsiz?
- Çox çətin oyun oldu. Gözlədiyimizdən də.
- Çox çətin oyun oldu. Gözlədiyimizdən də.
- Hər şeyin məhz belə nəticələnəcəyini gözləyirdiniz?
- Biz bilirdik ki, “Zestafoni” çox güclü komandadı. Fikrimcə, bunu cavab oyunu bir daha sübut etdi.
- Komandanızın iki ardıcıl qol buraxdığı vaxt qorxmadınız?
- Həmin vaxt hətta mənim şəkərim də qalxdı. Yəqin ki, oyunun gərginliyindən, həyəcandan idi.
- Həmin vaxt hətta mənim şəkərim də qalxdı. Yəqin ki, oyunun gərginliyindən, həyəcandan idi.
- Komandanızın uğuru barədə nə deyə bilərsiz?
- Mənə elə gəlir ki, “Neftçi” layiqli şəkildə mərhələ keçdi. Bu, bütün Azərbaycan futbolunun qələbəsidi. Bunu təkcə klubumuzun uğuru saymırıq.
- Mənə elə gəlir ki, “Neftçi” layiqli şəkildə mərhələ keçdi. Bu, bütün Azərbaycan futbolunun qələbəsidi. Bunu təkcə klubumuzun uğuru saymırıq.
- Üçüncü təsnifat mərhələsindəki rəqibiniz İsrail çempionu – “Hapoel” (Şmona) oldu...
- Güclü komandadı. Buna şübhə yoxdu. Amma biz bu komandanı da keçməyə çalışacağıq.
