25 iyul 2012 00:38
“Hədəf maksimumdu - Avroliqanın qrup mərhələsinə vəsiqə”
Azərbaycan çempionu “Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibləri – İsrailin “Hapoel” (İroni Kiryat Şmona) klubu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim “Hapoel” haqda bəzi məlumatlarımız var. Amma onların “Jilina” (Slovakiya) ilə cavab oyunlarına da baxmalıyıq. Yalnız bundan sonra müəyyən nəticələr çıxaracağıq. Hədəf maksimumdu – Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmalıyıq”.