25 iyul 2012 12:38
Hapoelin hücumçusu Neftçi ilə oyunlar öncəsi iddialı danışdı
İsrail çempionu “Hapoel”in (İroni Kiryat Şmona) hücumçusu Şimon Abuhazira UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Jilina” (Slovakiya) üzərində qələbə (2:0, 0:1) növbəti oyunlarda bizə daha uğurlu çıxış etmək üçün əlavə stimul qazandırdı. İndi biz əvvəlkindən də iştahlıyıq. Hesab edirəm ki, komandamızın hər bir üzvü Slovakiya klubu üzərindəki zəfərə görə tərifə layiqdi”.
