26 iyul 2012 13:04
Neftçi - Hapoel matçının başlama saatı və baş hakimi bəlli oldu
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə İsrailin "Hapoel" klubu (İroni Kiryat Şmona) ilə cavab matçının başlama saatı və baş hakiminin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, avqustun 8-də "Dalğa Arena"da baş tutacaq görüş saat 21:00-da başlayacaq.
Həlledici oyunu litvalı referi Gediminas Majeyka idarə edəcək. Lakin Majeykaya kimlərin kömək edəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, bu komandalar arasında İsraildə keçiriləcək ilk oyun avqustun 1-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Qarşılaşmanı irlandiyalı Alan Kelli idarə edəcək.
