26 iyul 2012 13:12
Bakı yoldaşlıq oyunu keçirəcək
Yeni mövsümə hazırlıqlarını paytaxtda davam etdirən "Bakı" gündə iki məşqə çıxır. Azerisport.az xəbər verir ki, intensiv məşqlərlə kifayətlənməyən komanda təlim çərçivəsində yoxlama oyunlarına da vaxt ayırır.
Ötən həftə əvəzedici komanda ilə qarşılaşan "Bakı" bazar günü daha bir yoldaşlıq oyunu keçirməyi planlaşdırıb. Belə ki, “zolaqlılar” iyul ayının 29-da klubun təlim-məşq bazasında birinci dəstə təmsilçisi “Neftçala” ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq.
