26 iyul 2012 13:33

Zestafoninin prezidenti: Bakıya gəlib, Neftçiyə azarkeşlik edəcəyəm

Futbol üzrə Gürcüstan çempionu “Zestafoni” klubunun prezidenti İlya Kokaya Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündən sonra müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Ötən mövsümlə müqayisədə “Zestafoni” elə ilk cəhddəcə “Neftçi”yə yenilərək, mübarizəni dayandırdı. Bununla bağlı nə düşünürsünüz?
- “Neftçi”ni təbrik edirəm. Çünki növbəti mərhələyə layiqli vəsiqə qazandı. Hətta iki oyunun nəticəsi də sizin komandanın üstünlüyünü göstərir.
 
- Siz ötən mövsüm Avropa kuboklarında daha yüksək səviyyədə çıxış edirdiniz...
- Bəli. İndi isə aşağı səviyyədəyik. Bu, həlledici amildi.
 
- Bu uğursuzluqdan hansısa nəticə çıxaracaqsınız?
- Mütləq.
 
- Baş məşqçiniz Georgi Çiabrişvilini istefaya göndərməyiniz mümkündü?
- Baş məşqçinin məsələyə aidiyyatı yoxdur. Vəzifəsindən kənarlaşdırılma məsələsi olsa, özüm gedərəm. Çiabrişvili postunda qalacaq.
 
- Heyətinizdə cəmi bir legioner var, qalanları isə gürcüstanlı futbolçulardı. Bu, nə ilə əlaqədardı?
- Bu, mənim səhvimdi.
 
- Bəlkə elə mübarizəni erkən dayandırmağınıza elə bu amil səbəb oldu?
- İndi görürəm ki, bəli, təsir göstərdi. Gürcüstanda yüksək səviyyəli futbolçular azdı. Azərbaycanda isə legionerlərin xidmətindən geniş istifadə olunur. O cümlədən, çempionatınızda çoxlu gürcüstanlı futbolçu çıxış edir. Sizin gözəl legionerləriniz var. 10 nömrəli futbolçunuz (Julius Vobayı nəzərdə tutur) çox xoşuma gəldi.
 
- “Neftçi”yə nə arzulayardınız?
- Yenə də çempionluq! Komandanız, ümumilikdə futbol infrastrukturunuz çox xoşuma gəldi. Məmnuniyyətlə Bakıya gələrək, “Neftçi”nin oyunlarına azarkeşlik edəcəyəm.
 
- Belə nəticəyə gəlmək olarmı ki, Azərbaycan çempionatı səviyyəcə Gürcüstandakından üstündür?
- Xeyr, belə bir nəticə çıxarmırıq. Çünki bir oyun heç nəyi göstərmir. Biz də elə tədbirlər görəcəyik ki, Gürcüstan çempionatı Qafqazda dominantlıq etsin. Bunun üçün hər şeyi edəcəyik. Səhvlərə yol verilib, yəqin ki, vəsait az olub. Bunların da məsuliyyəti tamamilə klubun sahibinin üzərinə düşür. Nəticələr çıxaracağıq. İndi isə “Neftçi”ni təbrik edirəm. Biz estafeti sizə verdik. Siz isə daha yüksək səviyyədə oynamağa borclusunuz.
 
- “Neftçi” ən azı Avroliqanın pley-off mərhələsində iştirakını təmin etdi...
- Düzdür, təmin etdi. Amma növbəti rəqibi də yenmək lazımdı. Nəyə görə də Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmayasınız? (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.