26 iyul 2012 13:52
Qurbanov Sumqayıtla müqavilə imzaladı (FOTO)
"Sumqayıt" Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, ötən mövsümü bu klubda keçirmiş "Neftçi"nin hücumçusu Ruslan Qurbanov daha bir illik icarəyə götürülüb.
21 yaşlı futbolçunun müqaviləsi mayın 30-dək qüvvədə olacaq. Ruslan artıq "Sumqayıt"ın düşərgəsindədi.
Qeyd edək ki, Ruslan Qurbanov 2011/2012 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 15 qarşılaşmada (965 dəqiqə) rəqib qapılarından 2 top keçirib.
