26 iyul 2012 02:05
Lech – XL matçına 20 mindən çox bilet satılıb
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Polşanın "Lech" klubu ilə "Xəzər Lənkəran" arasındakı cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, oyuna saatlar qalmasına baxmayaraq, artıq 20 mindən çox bilet satılıb.
Matç saatına qədər bütün biletlərin satılacağı gözlənilir. Ümumiyyətlə Polşada "Lech" - "Xəzər Lənkəran" matçına maraq olduqca böyükdü. Bu üzdən də oyun saatına qədər bütün biletlərin satılması da istisna deyil. Qarşılaşmanın keçiriləcəyi “Meyski” stadionu isə 43,269 azarkeş tutur.
Qeyd edək ki, "Lech" - "Xəzər Lənkəran" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Lənkəranda keçirilən ilk oyun 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, "Lech" - "Xəzər Lənkəran" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Lənkəranda keçirilən ilk oyun 1:1 hesabıyla başa çatıb.
