26 iyul 2012 02:12
ÇL-də üçüncü təsnifat mərhələsinin bütün cütləri bəlli oldu
Futbol üzrə UEFA Çempionlar Liqasında 2012-2013 mövsümü 3-cü təsnifat mərhələsinin bütün iştirakçıların adları, eləcə də cütlüklər müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsində mübarizə aparan 34 klub ötən gecə növbəti mərhələyə 17 vəsiqənin taleyinə aydınlıq gətirdilər.
İki oyuna əsasən güclü çıxan klublar aşağıdakılar oldular. Sevindirici haldı ki, bu xoşbəxtlərdən biri də Gürcüstan çempionu “Zestafoni”ni üstələyən təmsilçimiz “Neftçi”di:
Slovan (Çexiya), Molde (Norveç), Dudelange (Lüksemburq), İroni Kiryat Shmona (İsrail), NEFTÇİ (AZƏRBAYCAN), Ekranas (Litva), Şerif (Moldova), Basel (İsveçrə), Debrecen (Macarıstan), Partizan (Serbiya), Maribor (Sloveniya), HJK (Finlandiya), Helsingborg (İsveç), BATE (Belarus), Dinamo (Zaqreb, Xorvatiya), AEL Limassol (Kipr), Slask (Polşa).
Beləliklə, adları çəkilən 17 klub mübarizəyə məhz üçüncü təsnifat mərhələsindən başlayacaq 11 iştirakçı ilə birgə ÇL-in pley-off mərhələsinə 14 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
31 iyul-1 avqust/7-8 avqust
Dinamo (Kiyev, Ukrayna) – Feyenoord (Hollandiya)
Fenerbahçe (Türkiyə) - Vaslui (Rumıniya)
Motherwell (Şotlandiya) - Panathinaikos (Yunanıstan)
Copenhagen (Danimarka) - Brugge (Belçika)
Hapeol (İroni Kiryat Şmona, İsrail) - NEFTÇİ (AZƏRBAYCAN)
CFR Cluj (Rumıniya) - Slovan (Çexiya)
Anderlecht (Belçika) - Ekranas (Litva)
Debrecen (Macarıstan) - Dudelange (Lüksemburq)
Celtic (Şotlandiya) – HJK (Finlandiya)
Partizan (Serbiya) - AEL Limassol (Kipr)
Molde (Norveç) - Basel (İsveçrə)
Maribor (Sloveniya) - BATE (Belarus)
Slask (Polşa) - Helsingborg (İsveç)
Şerif (Moldova) - Dinamo (Zaqreb, Xorvatiya)
