26 iyul 2012 14:11
Xəzər Lənkəran polşalı futbolçunu Azərbaycana gətirəcək
Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirəcəyi cavab matçı öncəsi Poznanda heyətinə yeni bir futbolçu da qatıb. Azerisport.az xəbər verir ki, bu, baxışda olan Lukaş Madeydi.
İlk gündə baş məşqçi Yunis Hüseynovun bəyənmədiyi yarımmüdafiəçi sonrakı hazırlıq prosesində diqqət çəkə bilib. Bu üzdən də o, polşalı futbolçunu komanda ilə birgə Azərbaycana gətirməyə qərar verib. Burda onu bir daha sınaqdan keçirəcək mütəxəssis son qərarını məhz ondan sonra açıqlayacaq.
