27 iyul 2012 03:11

Qəbələ son oyununda da məğlub oldu (YENİLƏNİB)

Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ” bu gün ölkə xaricindəki hazırlıq prosesi çərçivəsində son yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fatih Kavlak komandasını Türkiyə klubu ilə qarşılaşmada sınaqdan keçirib.
 
Belə ki, rəqib “Mersin İdmanyurdu” klubu olub. Türkiyənin Mersin şəhərini  təmsil edən klubun əsası 1925-ci ildə qoyulub. Komanda Türkiyə Super Liqasında mübarizə aparır.
 
Matç tərəflərin bərabər mübarizəsi şəraitində start götürüb. İlk hissədə “Qəbələ” bir neçə əlverişli qol epizodu yaratsa da, istəyinə çata bilməyib. Əvəzində rəqib hesabı öz xeyrinə dəyişə bilib və komandalar fasiləyə “Mersin İdman Yurdu”nun üstünlüyü ilə yollanıblar. 
 
İkinci hissə də eyni ssenari üzrə davam edib. 45 dəqiqə ərzində hər iki tərəfin fərqlənmək imkanları olsa da, hissə əsasən iki penalti zərbəsi ilə yadda qalıb. İkinci yarının əvvələrində Türkiyə təmsilçisi 11 metrlik zərbə vurmaq hüququ qazanıb və hesab arasındaki fərqi artırıb. 75-ci dəqiqədə isə Mendiyə qarşıya cərimə meydançası daxilində kobudluq hakimin penalti nöqtəsini göstərməsi ilə nəticələnib. Topa yaxınlaşan Dodo qapıçı səddini aşa bilməyib və matç rəqibin 2:0-lıq qalibiyyəti ilə sona çatıb.
 
Qeyd edək ki, “Qəbələ” Sloveniyadakı ilk yoxlama oyununu Çexiya təmsilçisi “MFK Karvina”ya qarşı keçirmişdi və 0:1 hesabıyla məğlub olmuşdu. Serbiya klubları - “İndiya” (0:2), “Rad” (1:2) və “Borca” ilə  görüşlər də məğlubiyyətlə başa çatmışdı.
 
Yoxlama oyunu
26 iyul
 
QƏBƏLƏ – MERSİN İDMANYURDU - 0:2
 
"Qəbələ" qarşılaşmada aşağıdakı  heyətlə mübarizə aparıb:
 
Dieqo Koşta Silva, Ürfan Abbasov, Nodar Məmmədov, Deyan Kelhar, Omar Kalabane, Vurğun Hüseynov (Viktor Mendi), Rəşad Abdullayev, Elmar Baxşıyev (Bruno da Silva), Aleksandr Çertoqanov, Viktor Mendi, Luis Hilario Dodo , Yannik Kamanan (Daniel Kruz).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.