26 iyul 2012 14:37
“Xəzər Lənkəranın Lechlə oyununu tribunadan izləməyəcəm”
“Xəzər Lənkəran”ın baxışdan keçirdiyi polşalı futbolçu Lukaş Madey “ağ-yaşıllar”ın Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşa “Lech”inə qarşı keçirəcəyi cavab matçını canlı izləməyəcək. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Lech”in azarkeşləri məni o qədər də sevmirlər. Buna görə “Lech” – “Xəzər Lənkəran” matçını tribunadan izləməyəcəm. Bu, təhlükəli ola bilər”.
Qeyd edək ki, vaxtilə “Lech”in də şərəfini qorumuş Madeyin “Xəzər Lənkəran”a keçib-keçməyəcəyi bəlli deyil. Bu komandalar arasındakı cavab görüşü isə axşam saat 23:00-da start götürəcək.
