26 iyul 2012 03:08

Cihan Özkara: İlk dəfə idi ki, Azərbaycan klubuna qarşı oynayırdım

2012/2013 mövsümündən etibarən icarə əsasında "Kayseri Erciyesspor"da çıxış edəcək Azərbaycan millisinin üzvü Cihan Özkara "Sumqayıt"la keçirilmiş yoxlama oyunundan sonra müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- "Kayseri Erciyesspor"a keçidin necə baş tutdu?
- Növbəti mövsümü icarə əsasında "Kayseri Erciyesspor"da keçirəcəm. Gənc olduğum üçün daimi oynaya biləcək bir kluba keçməyi düşünürdüm. Bu səbəbdən Kayseri təmsilçisindən təklif aldıqdan sonra düşünmədən qəbul etdim. Qarşıdakı bir il ərzində daha çox təcrübə toplayıb özümü sübut etmək istəyirəm. Açığı, "Sivasspor"da da qala bilərdim, lakin gələcəyi düşündüyüm üçün bu addımı atdım. Bir il ərzində Bank Asiya 1-ci liqada özümü doğruldub yenidən Superliqaya qayıtmaq istəyirəm.
 
- Bir müddətdən sonra DÇ-2014-ün seçmə mərhələsinin oyunları start götürəcək...
- Bəli, dediyiniz kimi iki aydan sonra DÇ-2014-ün seçmə mərhələ oyunları başlayacaq. Millimiz qarşıdakı görüşlərə ən yaxşı şəkildə hazırlanır. Seçmə mərhələ oyunlarında özümüzü yaxşı tərəfdən göstərib daha çox xallar qazanmalıyıq. Qarşıda bizi Bəhreyn yığması ilə yoxlama oyunu gözləyir. Bu, seçmə mərhələ oyunları öncəsi son sınağımız olacaq. Doğma azarkeşlərimiz qarşısında Bəhreynlə keçiriləcək bu görüşdən mütləq qələbə ilə ayrılacağıq.
 
- 2:2 hesablı bərabərliklə başa çatan "Kayseri Erciyesspor"- "Sumqayıt" oyunu haqqında nə deyə bilərsən?
- Əvvəlcə qeyd edim ki, "Kayseri Erciyesspor"un təlim-məşq bazasına toplaşan azarkeşlər maraqlı oyuna şahidlik etdi. Qarşılaşma bir az sərt məcrada keçsə də, hər iki komanda meydanda əllərindən gələni etdi. "Sumqayıt"la oyun bizim hazırlıq dövründəki ilk matçımız idi. Bəzi çatışmamazlıqlarımız var, amma tez bir zamanda bunları aradan qaldıracağımıza inanırıq.
 
- "Sumqayıt" Futbol Klubu haqqında təəssüratların...
- İlk dəfə idi ki, Azərbaycan klubuna qarşı çıxış edirdim. Açığı, "Sumqayıt" Futbol Klubundan bu cür oyun gözləmirdim. Olduqca yaxşı təsir bağışladılar. Heyətin əksəriyyəti gənclərdən təşkil olunub. Orxan Əliyev, Uğur Pamuk kimi futbolçular "Sumqayıt"ı daha üst pillələrə daşıyacaq. Klubunuza qarşıdakı Premyer Liqa oyunlarında uğurlar arzulayıram. (Sumqayıt FK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.