26 iyul 2012 15:18
Beşiktaşdan daha iki transfer
Yeni mövsümə hazırlıqları davam etdirən Türkiyənin “Beşiktaş” klubu daha iki transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, maliyyə çətinlikləri səbəbindən bir çox aparıcı futbolçusu ilə yollarını ayırmaq məcburiyyətində qalan İstanbul təmsilçisi əsasən gənc oyuçularına ümid bəsləyir.
Amma eyni zamanda xarici transfer bazarına da münasib qiymətə futbolçular almağı düşünən klub rəhbərliyi artıq bu istəyinə nail olub. Belə ki, “qara qartallar” fransalı müdafiəçi Julien Eskude və şotlandiyalı qapıçı Alan Makqreqor ilə müqavilə imzalayıb.
Hər iki futbolçu ilə 2 illik müqavilə bağlanılıb.
