26 iyul 2012 15:36
Sumqayıt - Kayserispor oyunu canlı yayımlanacaq
Xəbər verdiyimiz kimi, 2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" Futbol Klubu bu gün qonşu ölkədə "Kayserispor"un A2 komandası ilə yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, həmin qarşılaşma klubun rəsmi internet televiziyası ilə canlı yayımlanacaq.
"Kayserispor"la yoxlama oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
