26 iyul 2012 16:28
Türkiyə yığmasının futbolçusu Rusiya klubunda
Rusiyanın “Rubin” klubu futbol üzrə Türkiyə millisinin Almaniya “Hamburg”unun futbolçusu Gökhan Törə ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Kazan klubunda 55 nömrəli formada çıxış edəcək.
Onunla 4 illik müqavilə bağlanılıb. Maliyyə şərtləri açıqlanmasa da, mətbuatda “Kazan”ın 6-7 milyon avrosundan keçdiyi yazılıb.
Qeyd edək ki, Gökhan Törə 1999 – 2003-cü illərdə oynadığı Almaniyanın “Adler” klubunun yetirməsidi. Sonradan o, 2009-cu ilədək “Bayer”in, 2011-ci ilədək İngiltərənin “Chelsea” komandasının şərəfini qoruyub. “Hamburg”da son 2 mövsümdə çıxış etmiş Törə ötən ildən Türkiyə yığmasına çağırılır və artıq “ay-ulduzlu” formada 9 oyuna çıxıb.
