26 iyul 2012 16:43

Vladimir Levin: İnterin hər oyunçusundan qol gözləyirəm

“İnter”in kapitanı Vladimir Levin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Cavab oyunu ərəfəsində atmosfer necədi?
- “İnter” bu oyuna çox yaxşı köklənib. Bütün komanda qələbəyə inanır. İlk oyun ərəfəsində rəqib barədə informasiyamız az idi. Artıq “Asteras”ı iş başında görmüşük. Rəqib futbolçuların necə oynadıqlarını bilirik. Tripolisə ancaq qələbə üçün gəlmişik. Çünki başqa çıxış yolumuz yoxdu. “Asteras”ın gücünə bələdik. İnanırıq ki, lazım olan nəticəni qazana biləcəyik.
 
- Komanda yoldaşlarınız rəqibin heyətin ən təhlükəli futbolçu kimi Emmanuel Perronenin adını vurğulayırlar...
- Perrone çox sürətli futbolçudu. Onu diqqət mərkəzində saxlamaq lazım gələcək. Əminəm ki, müdafiə xəttimiz onun öhdəsindən gələ bilər. Ümumiyyətlə, “Asteras”da fərdi baxımdan güclü olan futbolçuların sayı o qədər də çox deyil. Onlar daha çox komanda oyununa üstünlük verirlər. Yalnız bir futbolçudan danışmaq düz deyil. Biz bütöv komandaya qarşı oynayacağıq.
 
-  Cütün taleyinin 90 dəqiqədə həll olunacağını nə dərəcədə real sayırsız?
- “İnter”in hədəfi hər şeyə əsas vaxtda aydınlıq gətirməkdi. Penaltilərə ümid bəsləməyəcəyik. Bildiyim qədərilə “Asteras”ın stadionu böyük deyil. Mümkündü ki, oyunda anşlaq olsun. Bu isə bizim üçün daha yaxşıdı. Dolu tribunalar önündə mübarizə aparmaq bizim üçün əlavə stimul olacaq. Onlar bizi qorxuda bilməzlər. Əksinə, “İnter” belə olan halda daha yaxşı mübarizə aparır.
 
- İlk oyundan sonra “Asteras”ı şanslı sayanlar daha çoxdu...
- Kimin daha şanslı olduğunu cavab oyunu göstərəcək. Kim oyuna daha yaxşı başlasa, o da favorit olacaq. Rəqibə də, özümüzə də uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Bu oyunda çox şey köklənmədən asılıdı. Hətta erkən qol da buraxmaq olar. Amma ardından iki qol vurmaq olar. Biz mütləq qol vurmalıyıq. Əks halda uğur qazanmağımız mümkün deyil. “İnter”ə qollar lazımdı.
 
- Hesab etmirsiz ki, komandanızın hücum xəttində hələ də problemlər var?
- Xeyr. Tales Şütz ilk oyunda qol vurdu. Baçana Tsxadadze də hücumda çox yaxşı oynayır. Georgi Adamiya fərqlənə bilər. Komandamızın hər bir üzvündən qol gözləyirəm.
 
- Üçüncü təsnifat mərhələsinə adlayacağınız halda üz-üzə gəlməli olduğunuz Portuqaliyanın “Maritimo” klubu barədə düşünməmisiz?
- Ola bilsin inanmayacaqsız, amma mən həmin püşkatma ilə maraqlanmamışam. Biz hələ ikinci mərhələni keçməmişik. Əgər buna nail olmamışıqsa, “Maritimo” haqda düşünmək tezdi.
 
- 2010-cu ildə qarşılaşdığınız “Lech” bu gün “Xəzər Lənkəran”la cavab oyununa çıxacaq. Sizcə, “ağ-yaşıllar” polşalılara qarşı necə oynamalıdılar?
- Polşada oynamaq həmişə çətin olur. Çünki “Lech”in stadionu dolu olur. Soyuqqanlı olmaq lazımdı. Topu onlara verməmək lazımdı. Top saxlamaq, meydanın mərkəzində rəqibin işini çətinə salmaq lazımdı. Top rəqibdə çox qalanda bu, pis nəticələnə bilər. Onlara qarşı sərt, amma qaydalar çərçivəsində oynamaq lazımdı. “İnter” o vaxt onlarla çox yaxşı oynadı, hətta qalib də gəldik. Amma oyun sonrası penaltilərdə bəxtimiz gətirmədi.
 
- Sizcə, “Xəzər Lənkəran”ın şansı var?
- Məncə, var. Onlar yaxşı oynaya və “Lech”i keçə bilərlər. Hər şey komandanın özündən asılıdı. Poznanlıların güclü komandası var. Amma futbolda məğlubedilməz komanda yoxdu. “Xəzər Lənkəran” onları keçə bilər.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.