26 iyul 2012 16:57
Kapello rəsmən Rusiya millisinin baş məşqçisi təyin olundu
Rusiya Futbol İttifaqı italiyalı mütəxəssis Fabio Kapello ilə rəsmi müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Kapellonun qonşu ölkə millisini çalışdıracağı hələ xeyli müddət öncədən bəlli olsa da, rəsmi müqavilə məhz bu gün təntənəli mərasimdə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, Kapello DÇ-2014-ün sonuna qədər Rusiya millisini çalışdıracaq.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində Rusiya Azərbaycan millisiylə eyni qrupda yer alıb.
