26 iyul 2012 17:09
Rusiya Futbol İttifaqının prezidenti postuna 7 namizəd
Bu gün Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapello ilə rəsmi müqavilənin imzalanması mərasimind bu ölkənin futbol federasiyasının prezidenti postuna namizədlərin də adları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu postu tutmağa yeddi namizəd var.
Onlar Alişer Aminov, Valeri Beletski, İqor Lebedev, Yevgeni Lovçev, Sergey Pryadkin, Nikolay Tolstıx və Vladimir Tumayevdi.
Qeyd edək ki, namizədlik üçün sənədlərin verilmə tarixi ötən gün başa çatıb. Beləliklə, prezident seçkilərində adları yuxarıda göstərilənlər mübarizə aparacaqlar. Rusiya Futbol İttifaqına prezident seçkiləri sentyabrın 3-də keçiriləcək.
