26 iyul 2012 18:09
Roberto Alviz: XL Lechdən qorxmamalıdı
“Xəzər Lənkəran”ın futbolçusu Roberto Alviz UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Lech”lə cavab oyunundan nə gözləyirsiz?
- Cavab oyunu ilk qarşılaşmadan daha çətin olacaq. Amam “Xəzər Lənkəran” artıq rəqibin taktikasını bilir. Qismən də olsa, onların necə oynayacağından xəbərimiz var. Bizə də hücum etmək lazımdı.

- “Xəzər Lənkəran”ın şansları nə dərəcədə yüksəkdi?
- Hər iki komandanın şansları bərabərdi. “Lech”i məğlub etmək olar. İnanıram ki, biz bu səddi keçəcəyik. Onlardan qorxmaq lazım deyil. Əksinə “Lech”i bizdən qorxmağa məcbur etmək lazımdı. Lənkərandakı oyuna yaxşı başlamışdıq. Amma sonradan konsentrasiyanı itirdik.

- İki vərəqə almağınıza rəğmən, yenə də oynamaq şansı qazanacağınızı eşidəndə sevindiniz?
- Özü də necə. Bu, hamımıza xeyirdi. Belə şansı əldən vermək olmaz. Amma mənim meydana çıxmağımdan daha önəmli olan komandanın uğurudu.
- Bəs “Lech”i keçə bilməsəz necə?
- Bunu faciəyə çevirməyəcəyik. Biz klubun avrokuboklar tarixində ilk dəfə mərhələ keçməyi bacardıq. Bu nəticə normal sayıla bilər. Həmçinin Azərbaycanın reytinq xalına da töhfə vermiş olduq.

- İlk oyunda “Lech”dən daha çox yadınızda qalan kim oldu?
- “Lech” bizə qarşı komanda oyunu sərgilədi. Onların heyətində kimisə fərqləndirmək çətindi. Orta sahə özünü yaxşı göstərdi. Məhz yarımmüdafiə xətti çox hərəkətli idi.

- Mümkün erkən qol komandanı sındırmayacaq ki?
- Diqqətli olmaq lazımdı. Bu, çox vacibdi. “Nomme Kalju” ilə səfər oyununda olduğu kimi, bu dəfə də soyuqqanlı olmalıyıq. Əgər bir qol vursaq, polşalılara iki qol vurmaq lazım gələcək. “Xəzər Lənkəran” öz səviyyəsini göstərməlidi.

- Proqnoz verə bilməzsiz?
- Proqnoz verməyi sevmirəm. Amma qələbə qazanacağımıza inanıram.