26 iyul 2012 20:37
Millimizin forvardı yenə La Liqa klubunda fərqləndi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov şərəfini qoruduğu İspaniyanın “Elche” klubunun heyətində növbəti dəfə fərqlənib. Azerisport.az xəbər verir ki, o, İspaniyanın “Aspe” klubu ilə görüşdə komandasının qələbəsinə töhfəsini verib.
Umarov görüşün ikinci hissəsində meydana çıxıb. Həmin vaxt hesab 4:0 olub. Amma oyunun qalan dəqiqələrində “Elche” daha 6 qol vurub – 1:0. Rizvan isə komandasının 9-cu qolunun ötürməsini verib.
Maraq üçün xatırladaq ki, Rizvan bir neçə gün öncə keçirilən “Santa Pola” ilə qarşılaşmada da (3:2) qol ötürməsi ilə yadda qalmışdı.
