27 iyul 2012 00:00
LECH - XƏZƏR LƏNKƏRAN (CANLI YAYIM)
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yekun vurulur. Azerisport.az xəbər verir ki, Azərbaycanın turnirdəki iki təmsilçisindən biri - “Xəzər Lənkəran” Polşada “Lex”in qonağıdı.
Qarşılaşma azerisport.az-da canlı yayımlanacaq.
Poznan şəhər stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Matçı bolqarıstanlı FİFA referisi Stanislav Todorov idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. “Xəzər Lənkəran”a mərhələ adlamaq üçün istənilən hesablı qələbə və 1:1-dən böyükhesablı heç-heçə lazımdı. 1:1 hesabı matçı əlavə vaxta aparacaq.
