26 iyul 2012 11:14

“Hiss edirəm ki, Lechi əlavə vaxtda məğlub edəcəyik”

“Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Poznanda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
 
- Şanslar 50-nin 50-yədi. “Lech”in müəyyən üstünlüyü var. Bu da meydan sahibi olmasından irəli gəlir. Çoxları düşüünür ki, rəqib bizi asanlıqla məğlub edəcək. Amma bu, baş verməyəcək. Lənkərandakı oyunda biz onlardan daha yaxşı təsir bağışladıq. Polşalıların isə cəmi bir qol epizodu oldu. Bu dəfə isə kim az səhv buraxsa, mərhələni də o adlayacaq”.
 
- Meydan sahibləri bu dəfə hücum futbolu oynayacağı üçün siz müdafiəçələrə daha ağır olacaq. Buna hazırsız?
- Təbii ki. Bilirəm ki, işimiz çox çətin olacaq. Fikrimcə, “Lech” öz meydanında daha çox pressinq tətbiq edəcək, sərt oyuna üstünlük verəcək. Buna əminəm və hazıram.
 
- İlk oyunda sizin cinahınızdakı hücumçuları barədə nə deyə bilərsiz?
- Onları saxlamaq olar. Azərbaycan yığmasının heyətində daha güclü futbolçulara qarşı mübarizə aparmışam. Polşalılara da hörmətlə yanaşırıq. Onların 18 nömrəli futbolçusu (Bartoş Slusarskini nəzərdə tutur – azerisport.az) xoşuma gəlmişdi. Ucaboydu, topla yaxşı davranır. Baxmayaraq ki, sürətinə görə o qədər də fərqlənmir.
 
- Ümumiyyətlə, “Lech” ilk oyunda nə ilə yadda qaldı?
- Orta xətti ilə. Mərkəzdə çox yaxşı oynayırdılar. Cinahları da sürətlidi. Hansı ki bu, bizə problem yarada bilər.
 
- Bəs qələbə qazanmağınıza nə mane oldu?
- Avropa səviyyəsində təcrübəmizin daha az olması. Əgər hər futbolçumuz rəqib oyunçular qədər təcrübəyə malik olsaydı, onda mütləq qələbə qazanardıq.
 
- Mümkündü ki, bu, Poznanda da sizə problem yaratsın?
- Əlbəttə. Təcrübə həmişə sözünü deyir. Amma futbolda mübarizə aparmaq lazımdı. Bunsuz qələbəyə nail olmaq çətindi.
 
- “Xəzər Lənkəran”ın üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmasını necə təsəvvür edirsiz?
- Məndə elə hiss var ki, biz “Lech”i əlavə vaxtda məğlub edə biləcəyik. Bizim bütün futbolçularımız qələbəni çox istəyir. Bura hədəsiz gəlməmişik. Oynamaq, qələbə qazanmaq lazımdı. Futbolçularımızın buna inanması çox vacibdi. Rəqib komanda, azarkeşləri barədə düşünmürük. Çünki bu, bəraət səbəbi ola bilməz.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.