26 iyul 2012 11:34
Azərbaycan Estoniya ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma Bakıda baş tutacaq. Belə ki, avqustun 15-də keçiriləcək görüş Bayıl qəsəbə stadionunda təşkil olunacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.
