26 iyul 2012 11:49
Simurq Avstriya toplanışını başa vurmaq üzrədi
Avstriyada təlim-məşq toplanışında olan "Simurq" Peşəkar Futbol Klubu məşqləri ara vermədən davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün səhər saatlarında idmana çıxan komandada yoxlama görüşündə əsas heyətdə forma geymiş futbolçular ayrı çılışıb.
Qaçış və isinmə hərəkətlərindən sonra ayaq tenisi oynayıblar. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında hazırlığı davam etdirib. Sonda isə iki hissəyə bölünərək taktiki çalışmalar üzərində işləyiblər.
Georgi Çixradzenin yetirmələri bu gün iki məşqlə hazırlığı davam etdirəcək. "Simurq" iyulun 27-də növbəti yoxlama görüşünə çıxacaq, 28-də isə günortadan sonra Avstriyadakı təlim-məşq toplanışını başa vurularaq ölkəyə qayıdacaq.
