26 iyul 2012 12:06
Millimizin sabiq futbolçusu Türkiyə klubundan FİFA-ya şikayət etdi
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim yenicə müqavilə bağladığı Türkiyənin “Karşıyaka” klubu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, buna səbəb komandanın baş məşqşisi Cihan Arslanın ondan imtinası səbəb olub.
Lakin 31 yaşlı yarımmüdafiəçi bu durumla barışmaq istəmir. Braziliyalı futbolçu Türkiyə klubundan FİFA-ya şikayət edəcək:
“Azərbaycanda bir komanda ilə anlaşmaq üzrə olduğum halda, “Karşıyaka” ilə müqavilə imzaladım. Bu, uşaq oyuncağı deyil. Məşqlərə başladığım gündən qaçışla kifayətlənirəm. Fiziki hazırlığa daha çox üstünlük veririk. Topa ayağımız dəyməyib. Bu halda maraqlıdır, baş məşqçimiz mənim zəif futbolçu olduğumu necə anlayıb? Ortada rəsmi müqavilə var. Bu məsələni FİFA həll edəcək. Mən Berti Foqtsun Azərbaycan milli komandasına seçdiyi futbolçuyam. Heç kimin məni bu formada alçaltmasına icazə vermərəm”.
