26 iyul 2012 12:15
Asterasın qapıçısı: İnterdən çəkinməməliyik
Yunanıstanın “Asteras” klubunun qapıçısı Georgios Bantis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“İlk oyun bizim üçün uğurla başa çatdı. 1:1 hesablı heç-heçə bizə növbəti mərhələyə vəsiqə qazanmaq üçün gözəl şans qazandırıb. Tripolisdəki cavab matçı bizim avrokuboklardakı ilk ev oyunumuz olacaq. Biz bu mərhələni keçmək istəyirik. “İnter”dən çəkinməməliyik”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə bu gün Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
