26 iyul 2012 00:25
Lechin qapıçı problemi var
Polşanın “Lech” klubunun baş məşqçisi Mariuş Rumak UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri cavab matçında hansı qapıçıya şans verəcəyini müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, komandanın son dövrlərdəki əsas qapıçısına çevrilən Yasmin Buriç hazırda elə də inamlı oyun sərgiləmir.
Bu üzdən də baş məşqçi onu “ağ-yaşıllar”la həlledici görüşdə meydana buraxmağa ehtiyatlanır. Belədə mümkündü ki, bu gün baş tutacaq cavab qarşılaşmasında “Lech”in qapısını Kriştof Kotorovski qorusun.
