26 iyul 2012 00:37

Adrian Pit: Xəzər Lənkəran və Lech eyni səviyyəli komandadı

“Xəzər Lənkəran”ın yarımmüdafiəçidi Adrian Pit UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Poznanda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
 
“Mən inanıram ki, növbəti mərhələyə keçəcəyik. “Lech”lə oyun çətin olacaq. Amma bizim üçün heç bir oyun asan keçmir. Əgər özümüzü zəif komanda hesab etsək, onda qələbə qazana bilmərik. Hesab edirəm ki, “Xəzər Lənkəran”la “Lech” eyni səviyyəli komandadı. Əla kollektivimiz var və polşalıları səfərdə məğlub edə bilərik. Bütün oyunçularımız özlərini yaxşı tərəfdən göstərməlidilər. Bir-iki nəfərlə nəyəsə nail olmaq mümkünsüzdü. Futbol komanda oyunudu. Lənkərandakı oyunda hava şəraiti faciəvi idi. Mən artıq ilk dəqiqələrdən yorulmuşdum. İndi bizi tamamilə fərqli şərtlər, stadion, qazon gözləyir. Özümü daha yaxşı hiss edirəm”.
 
Pit ilk oyunda əlinə düşən əla qol vəziyyətini boşa verdiyi epizodda səhvini etiraf edir: “Hesab edirəm ki, buna görə məni tənqid edənlər haqladılar. Qol vurmağa borclu idim. Çünki buna çox yaxın idim. Fikrimcə, cavab oyununda bunun öhdəsindən gələ biləcəyəm”.
 
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.