26 iyul 2012 12:36

Neftçi transfer bombasını partlatmağa hazırlaşır

Azərbaycan çempionu bu yay səs-küylü bir transfer həyata keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu Portuqaliyanın “Uniao Leyria” klubunun braziliyalı hücumçusu Bruno Moraesi heyətinə qatmaq fikrindədi.
 
Qeyd edək ki, bu futbolçu peşəkar karyerasında 2002-ci ildə “Santos”da başlayıb. Amma doğma klubunda cəmi 2 oyuna çıxan forvard 2003-cü ildə Portuqaliyanın “Porto” klubuna transfer olunub. O, 2010-cu ilə qədər qaldığı “Porto”da cəmi 14 oyun keçirib, 2 qol vurub. Çünki bu müddət ərzində üç dəfə başqa klublara icarəyə verilib. 2004-2005 mövsümündə “Vitoria Setubal” onu heyətinə qatıb – 24 oyun, 5 qol. 2008-ci ildə bu komanda onu bir daha icarəyə götürsə də, bu dəfə Moraesin çıxışı daha uğursuz alınıb – cəmi 3 oyuna çıxan futbolçu geri qaytarılıb. 2010-cu ildə isə “Rio Ave” bu hücumçunun xidmətində maraqlı olub 8 oyun.
 
Elə həmin il “Porto” ilə anlaşması başa çatan hücumçu “Gloria”ya transfer olunub. Bu klubda 12 oyun keçirdikən sonra növbəti il “Naval”a keçib (9 oyun, 3 qol). Onun son iş yeri isə qeyd etdiyimiz kimi, “Uniao Leiria” olub. Bu komandada 18 oyun keçirmiş futbolçu 6 dəfə rəqib qapılarına yol tapıb.

28 yaşlı futbolçu potensialı açılmamışlardan hesab olunur. O, “Porto”da Joze Mourinyonun rəhbərliyi altında bir sıra uğurlar da qazanıb. Belə ki, 2003–04 və 2006–07 mövsümlərində Portuqaliya çempionu olan braziliyalı 2004–05-də də ölkə kubokuna sahib çıxıb. Onun ən böyük uğuru isə şübhəsiz "Porto" ilə Çempionlar Liqasının qalibi olmasıdı.

Qeyd edək ki, “Neftçi” bu futbolçunun transferini həll edə bilsə, onun xidmətindən elə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində İsrail “Hapoel”i ilə oyunlarda yararlana biləcək. Amma bu, iyulun son günlərinədək həllini tapmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.