26 iyul 2012 00:48
Lech Xəzər Lənkərana sürətli oyun və pressinq təklif etməyə hazırlaşır
Xəbər verdiyimiz kimi, Polşanın “Lech” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qaşrı keçirəcəkləri cavab matçı öncəsi son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisi son məşqdə xüsusi pressinq üzərində çalışıblar.
Belə ki, polşalılar komandamızla cavab görüşünə ciddi pressinqlə başlamağa hazırlaşırlar. Qapıçıların da xüsusi hazırlığı diqqət çəkməyə bilməzdi. Belə ki, onlar hər topu qəbul edən kimi onu dərhal komanda yoldaşların çatdırmağa çalışırdı. Görünür, “Lech” “Xəzər Lənkəran”a çox sürətli və pressinqli oyun təklif edəcək. Baxmayaraq ki, ilk oyunda əldə olunan 1:1 hesablı heç-heçə onlara daha çox sərf edir.
