27 iyul 2012 01:12
Yunis Hüseynov: Biz Lechdən daha yaxşı oynadıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu gün çox gərgin oyunun şahidi olduq. Biz oyuna ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Əlbəttə, çox təəssüf ki, Lənkəranda olduğu kimi, “Lech”in yenə bəxti gətirdi. Fikrimcə, biz rəqibdən daha yaxşı oynadıq. Əfsuslar olsun ki, bir qol hər şeyi həll etdi. “Lech”ə növbəti oyunlarında uğurlar arzulayıram”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə bitdi.
