27 iyul 2012 01:23
Mariuş Rumak: Təəssüf ki, çox qol vura bilmədik
Polşanın “Lech” klubunun baş məşqçisi Mariuş Rumak UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutan həlledici qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz bu gün yaxşı oynadıq. Oyunun əvvəlində vurulan qol bizə çox kömək etdi. Təəssüf ki, çox qol vura bilmədik. Növbəti oyunlarda daha yaxşı oynamağa çalışacağıq. Hər kəsə dətsəyə görə təşəkkürümü bildirirəm. Bizə bunun çox köməyi dəydi”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə meydan sahiblərinin qələbəsi ilə başa çatdı – 1:0.
