27 iyul 2012 01:37
“İnter üzərində ədalətli şəkildə qələbə qazandıq”
Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutan həlledici qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Hesab edirəm ki, qələbəmiz ədalətlidi. Bu gün biz rəqibdən daha yaxşı oyun sərgilədik. “İnter” əla komandadı. Belə bir komandanı məğlub etmək bizim üçün çox xoşdu”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu da eyni hesabla bitib, penaltilərdə isə meydan sahibləri gülən tərəf olub – 4:2.
