27 iyul 2012 13:29

“İnter Maritimodan zəif komanda deyil”

Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri cavab matçından sonra azerisport.az saytının suallarını cavablandırıb. O, Tripolisdə baş tutan həlledici qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
 
“Əlbəttə, penalti lotereyadı. Amma biz buna da hazırlaşmışdıq. Mən bilirdim ki, bu oyunda hər şey ola bilər. Ona görə qələbəyə də inanırdım”.
 
Tsiolis “İnter”i məğlub etmələrinə rəğmən, rəqibin ünvanına xoş sözlər səsləndirib: “Mən “İnter”in hələ ötün mövsüm ərzindəki oyunlarını da izləmişdim. Əlbəttə, ola bilər ki, siz buna inanmazsınız, amma mən Azərbaycan klubunu növbəti mərhələdəki rəqibimiz – Portuqaliya “Maritimo”sundan zəif hesab etmirəm”.
 
“Asteras”ın baş məşqçisi “bankirlər”in Yunanıstan çempionatında neçənci yeri tuta biləcəyinə dair suala belə cavab verib: “İnter” həqiqətən əla komandadı. Onlar çox güclüdülər. Fikrimcə, bakılılar asanlıqla Yunanıstan Super Liqasında medallar uğrunda mübarizə apara bilərlər. İstənilən halda onların ilk dördlükdəki yerlərinə zəmanət vermək olar”.
 
O, “İnter” üzərindəki zəfərin sirrini də açıqlayıb: “Oyundan öncə yetirmələrimə dedim ki, təsəvvür edin, bu, final oyunudu. Şadam ki, mənim həmin sözlərim uşaqlara çatdı”.
 
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyununda isə qalibi penaltilər müəyyənləşdirdi və yunanlar daha güclü oldular – 1:1, 2:4.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.