27 iyul 2012 13:53
Sumqayıtdan Kayserispora 6 cavabsız qol (VİDEO)
Xəbər verdiyimiz kimi, 2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" klubu ötən gün qonşu ölkədə növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, rəqib "Kayserispor"un A2 komandası olub. Türkiyə təmsilçisindən üstün oyun nümayiş etdirən Bernhard Raabın komandası 6:0 hesabı ilə qələbə qazanıb.
