27 iyul 2012 02:19
Eder Bonfim: Ələ düşən qol vəziyyətlərini dəyərləndirə bilmədiyimiz üçün məğlub olduq
“Xəzər Lənkəran”ın futbolçusu Eder Bonfim UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Oyun pis başlamamışdıq. İlk 10 dəqiqə ərzində 3 qol vəziyyəti yarada bildik. Ardından künc zərbəsi zamanı belə qol buraxdıq... Çox təəssüf ki, ələ düşən vəziyyətləri qola çevirə bilmədik. Ümid edirəm ki, bu uğursuzluğu Premyer Liqada unutdura, uğur qazana biləcəyik”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə polşalıların qələbəsiylə başa çatdı – 1:0.
