27 iyul 2012 02:32
Ufuk Budak Eskişehirsporda yenə debüt edə bilmədi
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ufuk Budakın çıxış etdiyi Türkiyənin “Eskişehirspor” klubu Avropa Liqasında mərhələ adlayıb. Azerisport.az xəbər verir ki, Super Liqa təmsilçisi Şotlandiyanın “St Johnstone” klubunu mübarizədən kənarlaşdırıb.
Evdə 2:0 hesablı qələbə qazanan “Eskişehirspor” səfər oyununda heç-heçəyə razılaşıb – 1:1. Hesabı 35-ci dəqiqədə “St Johnstone”dən Qreqori Teyd açıb. 52-ci dəqiqədə isə Veysel Sarı tarazlığı bərpa edib.
“Eskişehirspor”un baş məşqçisi Ersun Yanal millimizin üzvünə bu dəfə də şans verməyib. Futbolçumuz ilk oyunda olduğu kimi yenə 18-liyə düşməyib. Bununla da Ufukun yeni komandasında rəsmi debütü baş tutmayıb.
