27 iyul 2012 14:43
“İnteri keçdiksə, Maritimonu da məğlub edə bilərik”
Yunanıstanın “Asteras” klubunun qapıçısı Georgios Bantis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutan həlledici qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz “İnter”i mübarizədən kənarlaşdıra bildiyimiz üçün çox şadıq. Bu, bizim ilk avrokubok təcrübəmiz idi. Şadam ki, bu, belə uğurlu alındı. Əgər “İnter”i keçə bildiksə, əminəm ki, “Maritimo”nu da mübarizədən kənarlaşdıracağıq”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə yunanların xeyrinə başa çatdı – 1:1, 2:4.
