27 iyul 2012 15:09
Sumqayıt Uğursuz qaldı
2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" Futbol Klubu sabah növbəti yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, rəqib növbəti mövsümdən TFF 1-ci liqada mübarizə aparacaq "1461 Trabzon" klubu olacaq.
Bernard Raabın rəhbərliyi altında komanda bu gün səhər saatlarında "Avrasiya" otelinin stadionunda məşqə çıxıb. Daha çox taktiki hazırlıq üzərində çalışan "Sumqayıt"ın heyətində zədəli futbolçular var. Xəstə olduğu üçün Orxan Əliyev və "Kayseri Erciyesspor"la keçirilmiş (2:2) yoxlama oyununda zədələnən Uğur Pamuk bugünki məşqdə iştirak etməyib. Zədəsini sağaldan Taner Taktak isə artıq komanda ilə birlikdə çalışmalara başlayıb.
