27 iyul 2012 15:17
Neftçi tender elan etdi
Məlum olduğu kimi, Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində İsrailin “Hapoel” (Kiryat Şmona) klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu rəqibi ilə görüşlər ərəfəsində tender elan edib.
Belə ki, klubun rəsmi saytı vasitəsilə yayılan məlumatda bildirilir ki, “Neftçi" PFK 1.8.2012 tarixində keçiriləcək "Hapoel" - "Neftçi" və 8.8.2012 tarixində baş tutacaq "Neftçi" - "Hapoel" oyunları ilə əlaqədar tender elan edib. Qarşılaşmaların canlı yayımlanmasında maraqlı olan telekanallar "Neftçi" PFK-ya müraciət edə bilərlər.
