27 iyul 2012 03:07
Millimizin forvardı oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Əsgərovun çıxış etdiyi Latviyanın “Metallurg” klubu Avropa Liqasında mübarizəni dayandırıb. Azerisport.az xəbər verir ki, Liepaya təmsilçisi Polşada “Legia”ya uduzub.
Bu komandalar arasında Latviyada baş tutan oyun 1:1 hesabı ilə başa çatmışdı. Cavab oyununda isə polşalılar 5:1 hesablı qələbə qazanıblar.
İlk oyunda Vüqarı meydana buraxmayan “Metallurg”un baş məşqçisi Yanis İntenberqs futbolçumuza bu dəfə də şans verməyib. Millimizin üzvü ehtiyatda qalıb.
Qeyd edək ki, Vüqar I təsnifat mərhələsində San Marinonun “La Fiorita” klubu ilə keçirilən cavab oyununda qol vurmuşdu.
