27 iyul 2012 15:44
Avropa Liqasında ilk dəfə Azərbaycansız üçüncü mərhələ
UEFA Avropa Liqasının tarixində bir ilk yaşanıb. Azerisport.az xəbər verir ki, ilk dəfə olaraq qitənin ikinci dərəcəli turnirinin üçüncü təsnifat mərhələsində Azərbaycan təmsilçisi olmayacaq.
Qeyd edək ki, 2009-cu ildən etibarən Avropa Liqası adını daşıyan turnirdə elə həmin dövrdən etibarən “Qarabağ” hər mövsüm ən azı üçüncü təsnifat mərhələsinə vəsiqə qazanırdı. Amma bu il Azərbaycanı Avroliqada təmsil edən “Bakı” çıxışını elə ilk mərhələdə başa vurmaq məcburiyyətində qaldı. “İnter”lə “Xəzər Lənkəran” isə ikinci mərhələdə məğlubiyyətlə üzləşdi.
