27 iyul 2012 15:57
Zlatinov ilə Georgiyevski İnterdən ayrıldı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin Yunanıstan “Asteras”ı ilə cavab oyunundan sonra “İnter” birbaşa Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu vətənə heç də tam heyətlə dönməyib.
Belə ki, “bankirlər”in iki oyunçusu klub rəhbərliyindən bir neçə günlüyə icazə istəyib. Bunlar yarımmüdafiəçilər Petar Zlatinovla Slavço Georgiyevskidi.
“İnter” qarşıdakı iki gündə istirahət edəcək. İyulun 30-da Bakıda bir araya gələcək komanda Premyer Liqanın yeni mövsümünün ilk turunun oyununa hazırlıqlara start verəcək.
