27 iyul 2012 21:55
Simurq Gaziantepsporla sülh bağladı (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışda olan "Simurq" hazırlıq prosesi çərçivəsində bu gün dördüncü yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrini Türkiyə təmsilçisi ilə görüşdə sınayıb.
Belə ki, rəqib “Gaziantepspor” idi. Bu komanda son mövsümdə Türkiyə Super Liqasını 10-cu pillədə başa vurub. Zaqatala klubu isə bu rəqiblə dueldən sülhlə ayrılmağı bacarıb.
Qeyd edək ki, “Simurq” Avstriyadakı ilk sınaq matçını Səudiyyə Ərəbistanı təmsilçisi “Al Ahli Jeddah” klubuna qarşı keçirmiş və 1:3 hesabıyla məğlub olmuşdu. Drezden “Dinamo”su (Almaniya) ilə qarşılaşma isə 0:2 hesablı yenilgiylə bitmişdi. Türkiyənin "Akhiasr Belediyespor" kollektivi ilə görüş sülhlə başa çatmışdı – 1:1.
Yoxlama oyunu
27 iyul
SİMURQ – GAZİANTEPSPOR - 0:0 (0:0)
