27 iyul 2012 17:08
Neftçi Gürcüstan klubuna qalib gəldi
Gürcüstanda yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin əvəzedicilərdən ibarət komandası növbəti yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Gürcüstan çempionatının güclülər dəstəsində mübarizə aparan "Kolxeti" (Poti) klubunun əvəzediciləri ilə qarşılaşıb.
Oyun "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə topunu Elnur Soltanlı rəqib qapısından keçirib.
